Elan saytında təklif olunan VAZ 2107 markalı avtomobilin qiyməti xeyli marağa səbəb olub.
Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, insanlar arasında ənənəvi olaraq, “07” kimi tanınan maşının satış qiyməti nə az nə çox, 48 min manatdır. 2012-ci buraxılış olan avtomobil 2697 kilometr probeqdir.
Qeyd edək ki, bazarda VAZ 2107 modelinin təklif olunan qiymət aralığı 3-15 min manat arasında dəyişir.