2 48

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planı çərçivəsində hər iki ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkəmizə səfər çərçivəsində qonaqlar XTQ-nin N hərbi hissəsini ziyarət ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb, ehtiram nümayiş etdirilib.

Qonaqlara Azərbaycan XTQ-si haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüş zamanı tərəflər Azərbaycan və Belarus XTQ-ləri arasında mümkün əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparıb, əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran təklifləri müzakirə ediblər.

Yekunda qonaqlar xüsusi təyinatlıların döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyiblər.

580488561 18544544740038579 1377362522261676089 n 4 580761574 18544544629038579 3402111391638314188 n 3 581055709 18544544731038579 7960753250429467052 n 2 581388392 18544544608038579 6194017278760768712 n 1

Paylaş: