117158028 1380086035715769 5731624372353571012 n

Belarus hökuməti Slovakiyadakı səfirliyini yenidən açacaq.

Globalinfo.az bildirir ki, bu barədə Belarus hökumətinin rəsmi Teleqram kanalında məlumat verilib.

Bəyanatda deyilir: “Belarus səfirliyi Slovakiyada açılacaq. Müvafiq fərman Baş nazir tərəfindən imzalanıb”.

Bəyanatda qeyd olunur ki, Belarusun Slovakiyada daimi diplomatik varlığının bərpası ölkələr arasında siyasi və iqtisadi əlaqələri gücləndirəcək. Həmçinin səfirliyin 1 sentyabr 2026-cı ilə qədər açılmasının gözlənildiyi də vurğulanıb.

Qeyd edək ki, Belarus hökuməti 2023-cü ildə Slovakiyadakı səfirliyini bağlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: