Abdolbari Gozalin dəfn yeri bəlli oldu

Abdolbari Gozalin dəfn yeri bəlli oldu

“Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gozalin dəfn yeri bəlli olub.

Globalinfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 76 yaşında Dubayda dünyasını dəyişən tanınmış iş adamının dəfn mərasimi elə bu şəhərdə təşkil olunacaq. Mərhumun dəfn mərasimi bu gün sübh namazından sonra planlaşdırılmışdı.

Abdolbari Gozalin Bakıda da yas mərasimləri nəzərdə tutulub.

Qeyd edək ki, Gozal ailəsi Bakı ilə yanaşı, Dubayda da yaşayır.