kiyev 2

Ölkə real vəziyyəti qəbul etməyi qeyri-vətənpərvərlik hesab edir və baş verənlərə göz yumur.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel bildirib.

“Bu gün Ukraynada həqiqəti etiraf etmək, münaqişəyə son qoymaq və hökuməti tənqid etmək qeyri-vətənpərvər hala gəlib. Heç kim ölkədəki real vəziyyəti görmür. Atəşkəsin pozulmasına çalışırlar. Vəziyyət nəzarətdən çıxıb, ölkə qarışıb”, – o vurğulayıb.

Y.Mendelin sözlərinə görə, bu fonda korrupsiyaya göz yummaq, məcburi hərbi xidmətə dözmək və demokratiyanın belə göründüyünü iddia etmək normal hesab olunur.

Tahir Turan
Globalinfo.az

Paylaş: