kiyev 2

Kiyevdə partlayışlar baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” kanalı məlumat yayıb.

Hadisə ilə bağlı heç bir təfərrüat verilməyib.

“Düşmən dronlarının hərəkəti aşkarlandı! Bölgədə hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərir”, – Kiyev Regional Dövlət Administrasiyası öz telegram kanalında bildirib.

Vətəndaşlardan hava hücumu xəbərdarlığının müddəti bitənə qədər sığınacaqlarda qalmaları istənilib.

Qeyd edək ki, mayın 22-nə keçən gecə Xerson şəhərində də partlayışların baş verdiyi açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: