toral 1

Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” klubunun futbolçusu Toral Bayramov karyerasını yenidən ölkəmizdə davam etdirə bilər.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Zirə” klubu qış transfer pəncərəsində 25 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, Toral Bayramov mövsümün əvvəlində “Qarabağ”dan ayrılaraq 1 milyon avro qarşılığında “Bursaspor”a transfer olunub. O, Türkiyə klubunun heyətində indiyədək 11 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Polşa mətbuatında azərbaycanlı futbolçunun qışda “Rakuv”a keçə biləcəyi ilə bağlı da məlumatlar yayılıb.

Paylaş: