yermakl

Ukrayna Ali Antikorrupsiya Məhkəməsi “Midas” kod adlı əməliyyat çərçivəsində Prezident Aparatının keçmiş rəhbərinin torpaq sahəsini və əmlakını müsadirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosu məlumat yayıb.

Bildirilib ki, cinayətkar qrup Kiyev yaxınlığındakı Kozın şəhərində “Dynasty” kooperativi üçün dəbdəbəli yaşayış yerlərinin tikintisi vasitəsilə 460 milyon qrivna (təxminən 17 milyon manat) pul yuyub.

İddialara görə, iş Ukrayna Prezident Aparatının keçmiş rəhbəri Andrey Yermak, “Çe Gevara” təxəllüsü ilə tanınan keçmiş Milli Birlik naziri Oleksiy Çernışov və Prezident Volodimir Zelenskiyə yaxın olan iş adamı Timur Mindiçlə bağlıdır .

Departament bildirib ki, istintaq zamanı Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Kiyev yaxınlığındakı Kozın şəhərindəki Dynasty şirkətinin torpaq sahələrini və yarımçıq tikililərini müsadirə edib.

Yermak korrupsiya iddiaları ilə bağlı şərh verməkdən imtina edib. O, hər hansı bir torpağa sahib olmadığını deyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: