Avropada yeni savaş başlayır: qırmızı xətt keçildi, bombalar atıldı – NAZİR RƏSMƏN AÇIQLADI

Kosova xüsusi təyinatlı polis dəstəsi serblərin yaşadığı Kosova və Metoxiya bölgəsinə daxil olub.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Serbiya məbuatı yayıb.

Məlumata görə, Kosovo xüsusi təyinatlıları bölgəyə giriş-çıxışı bloklayıb. Mətbuat Kosovo Baş naziri Albin Kurtinin şimal bölgələrini tam nəzarət altına almağın yekun mərhələsini başlatdığını bildirib.

“Tass” agentliyi isə hüquq-mühafizə orqanlarının bölgədə videoçəkiliş aparılmasına maneə yaratdığını yazıb. Digər tərəfdən polisin səs bombalarından istifadə etdiyi vurğulanıb.

Qeyd edək ki, bir müddət öncə Serbiya və Kosovo arasında gərginlik pik həddə çatsa da, Brüsselin vasitəçiliyi ilə həllə nail olunmuşdu. Bununla belə, hər iki tərəf öz mövqeyindən geri çəkilmək niyyətində olmadığını nümayiş etdirmişdi.

Maraqlı məqam son hadisənin yaşanmasından az öncə Serbiya müdafiə naziri Miloş Vuçeviçin Kosovodakı situasiyanın partlayış səviyyəsində olduğunu və bir kibritlə hər şeyin məhv ola biləcəyini elan etməsidir.

İlkin
Globalinfo.az