Üç ölkənin xüsusi təyinatlılarının təlimi başa çatdı – VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən “Qafqaz Qartalı – 2024” taktiki-xüsusi təlimi başa çatıb.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

“Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər. “Qafqaz Qartalı – 2024” təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər”, – məlumatda bildirilib.