Qarabağda rus və erməni təxribatı: şok görüntülər yayıldı – VİDEO / FOTOLAR

Martın 7-si çəkilmiş video və fotolarda hərbi karvanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti əks olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Ermənistanın qanunsuz silahlı birləşmələrinin hərbi nəqliyyatı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edir.

Hərbi kolondan əvvəl Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” avtomobili, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus “Ural”, su çəni olan “KamAZ”, sonda isə üzərində Rusiya bayrağı asılmış  BTR-82A hərəkət edir.

Hərbi kolonun qanunsuz olaraq erməni postlarını ərzaq, su və sursatla təmin etmək üçün hərəkət edir.

Zaira Akifqızı
Globalinfo.az