Almaniyadakı bu mənzərə müsəlmanları niyə şoka saldı? – Heyrətamiz VİDEO

Almaniyaya gedən türk jurnalist maraqlı olayla qarşılaşıb.

Globalinfo.az bildirir ki, Almaniyanın Köln vilayətindəki qəsəbələrin birinə yollanan jurnalist orada gördüklərini lentə alıb. Belə ki, qəsəbədəki toyuq fermasının sahibi yoxdur. Sadəcə bir nəfər toyuqların yumurtalarını toplayır və orada yerləşən bir hinə qoyur. Daha sonra insanlar oradan yumurtaları götürür və qiymət cədvəlinə uyğun ödəniş edirlər.

Xatırladaq ki, Avropa ölkələrindən bu cür videolar sosial şəbəkələrdə vaxtaşırı yayılır. Norveçdə yaşayan azərbaycanlılar da bir neçə dəfə bənzər görüntüləri facebook hesablarında paylaşmışdılar. Həmin videoda yol kənarında ərzaq məhsullarının satışı təşkil edilmişdi. Amma nə satıcı var idi, nə də nəzarətçi. Bu yaxınlarda İsveçrədən də oxşar görüntülər təəccüb doğurmuşdu. Yazıçı Ələkbər Əliyev İsveçrədə satıcısı marketdən video paylaşmışdı. Orda da görünürdü ki, insanlar satıcı olmayan marketdən rahat alış-veriş edirlər, ödənişi də hər kəs doğru-dürüst edir. Belə mənzərələr əsasən müsəlmanlarda təəccübə və marağa səbəb olur. Hamısı da eyni məntiqi nəticə çıxarır: “Gerçək müsəlmanlıq, insanlıq, dürüstlük budur!”.

Malik Liftiyev
Globalinfo.az