Bakının razılıq verdiyi “Astana təklifi”nə İrəvandan REAKSİYA

“İrəvan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı təklifi nəzərdən keçirir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan XİN sözçüsü Ani Badalyan deyib.

O bildirib ki, görüşün tarixi barədə razılıq əldə olunan kimi ictimaiyyətə məlumat veriləcək:

“Ermənistan Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini və ya danışıqlar platformalarını nəzərdən keçirir. İrəvan bunun tərəfdarıdır, fundamental prinsipləri və qarşılıqlı razılaşdırılmış sənədləri, o cümlədən 1991-ci il sənədlərini dəstəkləyir. Alma-Atı bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında bir-birinin ərazi bütövlüyünün tanınması və delimitasiyası prosesi gedir”.

Xatırladaq ki, Bakı xarici işlər nazirləri arasında Qazaxıstanda görüşün keçirilməsinə razılıq verib.

Ayşən Mustafa
Globalinfo.az