Rusların çıxmadığı qalmaqallı yerə indi də Nikolyan yerləşdi

Fransada yaşayan erməni jurnalist Leo Nikolyan 5 gündür, Ermənistana buraxılmadığı üçün aclıq aksiyası keçirir. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni jurnalist “Sputnik Ermənistan”a açıqlamasında deyib.

L.Nikolyan bir neçə gün öncə Ermənistana gəlib. Zvartnots hava limanında pasport yoxlanışında jurnalistə onun Ermənistana girişinə qadağa qoyulduğu bildirilib.

Nikolyan 5 gündür, hava limanında gecələdiyini, Ermənistana buraxılmaması barədə qərar yazılı şəkildə təqdim edilməyincə aclıq aksiyasını dayandırmaq niyyətində olmadığını deyib.

Qeyd edək ki, hazırda Zvartnots hava limanında rus sərhədçiləri xidmət edir. İrəvan onların avqust ayında çıxarılacağını bildirib.

Ayşən Mustafa
Globalinfo.az