İranın mərhum ali lideri Əli Xameneinin dəfn karvanı Tehrandan Quma yola düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Paytaxtın küçələrinə axışan böyük izdiham Xamenei ilə son dəfə vidalaşmaq üçün mərasimə qatılıb.
Məlumata görə, dəfn karvanı Tehrandakı mərasimdən sonra İranın və İraqın şiələr üçün müqəddəs sayılan bir sıra iri şəhərlərindən də keçəcək.
Mərasim bir neçə gün davam edəcək və yekunda Xamenei torpağa tapşırılacaq.
İran hakimiyyəti dəfn mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib, Tehranın hava məkanı isə müvəqqəti bağlanıb.
Qeyd edək ki, iyulun 4-ü və 5-də Tehranda imam Xomeyni məscidində Xamenei ilə vida mərasimi keçirilib. İyulun 6-da Tehrandan qaldırılan cənazə iyulun 7-də Quma gətirilib. Xamenei iyulun 9-da Məşhəddə dəfn olunacaq.
Xatırladaq ki, Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub.
BREAKING:
The funeral procession of Iran’s late supreme leader Ali Khamenei, has left Tehran for the holy city of Qom.
Huge crowds have filled the streets to pay their respects.
The procession will later continue through major Shia cities in Iran and Iraq before his burial. pic.twitter.com/NmGvV0UpAN
— Current Report (@Currentreport1) July 6, 2026
Günel Cəlil
Globalinfo.az