Tbilisi Paşinyanın “kölgə müttəfiqi”ni saxladı

Ermənistan Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan Gürcüstana buraxılmayıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşıb.

Xzmalyan yazıb ki, Gürcüstanı bir günlük ziyarət etməyi planlaşdırıb. O, sənədlərinin gürcü sərhədçilər tərəfindən alındığını, daha sonra isə səbəbini açıqlamadan onu ölkəyə buraxıla bilməyəcəklərini deyib.

Qeyd edək ki, Xzmalyan Ermənistanda avrointeqrasiyanın dərhal başlanmasını istəyən əsas siyasətçilərdəndir. O, Rusiyaya qarşı kəskin mövqeyi ilə seçilir. Bununla yanaşı, erməni mətbuatı Xzmalyanı Paşinyanın “qeyri-rəsmi müttəfiqi” adlandırır.

Əliyar Xəlil
Globalinfo.az