Priqojin belə dəfn olundu – Gizliliyin səbəbi nədir? – FOTO / VİDEO

“Vaqner”in rəhbəri Yevgeni Priqojin bu gün Sankt-Peterburqda Krasnoqvardeyski rayonunda yerləşən Poroxovskoye qəbiristanlığında dəfn edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Dəfn mərasimi qohumlarının istəyinə uyğun olaraq, yalnız ən yaxın dostlarının iştirakı ilə qapalı formatda baş tutub.

Belə ki, qəbiristanlıq polis əməkdaşları, mühafizəçilər, yol polisi tərəfindən mühasirəyə alınıb. Metal detektor çərçivələri də quraşdırılıb və kənar şəxslər içəri buraxılmayıb.