Paşinyanın Belarusla bağlı fikirləri nə ilə nəticələnəcək? – Qalaçyandan açıqlama

“Paşinyanın Belarusla bağlı açıqlamalarının xarici siyasi nəticələri olacaq və ikitərəfli münasibətlərdə çətinliklər yaradacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Fövqəladə və Səlahiyyətli səfir Qaqik Qalaçyan deyib.

O bildirib ki, Paşinyanın Belarusla bağlı açıqlamaları daxili auditoriya üçün edilib.

“Hazırki hakimiyyət xarici siyasətdə heç nə qura bilməz. Ancaq hər şeyi uğurla məhv edir. Yəqin Paşinyan Qərb tərəfdaşlarına göstərmək istəyirdi ki, onların xoşuna gəlməyən ölkənin lideri ilə münasibətləri necə asanlıqla kəsə bilər”.

Səfirin sözlərinə görə, Ermənistanda uzun müddətdir ki, KTMT-dən gözləntilər böyükdür.

“Onun qarşılıqlı dəstək mexanizmləri var. Lakin təşkilat üzv ölkələrin başqa dövlətlərlə müharibəsi fonunda münaqişəyə cəlb olunmur. Bunun üçün bütün üzv dövlətlərin başçıları səviyyəsində KTMT tərəfindən xüsusi qərar qəbul edilməlidir. Yəni qərarlar KTMT-nin üzvü olan ayrı-ayrı ölkələrin mövqeyi ilə bağlıdır. Əgər biz tərəfdaşlarla ikitərəfli münasibətləri korlayırıqsa, eyni zamanda ermənipərəst qərar tələb ediriksə, bu, məntiqli deyil. Bundan başqa, Ermənistan üçün KTMT-də iştirak, ilk növbədə, hərbi-texniki komponent və daxili qiymətlərlə silahların alınması nöqteyi-nəzərindən həmişə vacib olub”, – deyə səfir vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az