Fransa rəsmilərindən çağırış: Makron Ermənistana qoşun göndərir?

Paris meri, digər siyasətçilər və ictimai fəallar prezident Makronu Ermənistana qoşun göndərməyə çağırıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Bu barədə “Le Point” nəşri məlumat yayıb.

Bildirilir ki, hərbi kontingentin göndərilməsi dost Ermənistanın təhlükəsizliyini artıracaq.

Fransa rəsmilərinin Makrona göndərdikləri məktubu Parisin meri Ann İdalqo, Fransanın keçmiş xarici işlər naziri Bernard Kuşner və digər məşhur şəxslər imzalayıblar.

Onlar Ermənistanı müdafiə proqramlarında, o cümlədən silahların tədarükünə və erməni hərbçilərinin təlim proqramlarında dəstəkləmək təşəbbüsünə görə prezidentə minnətdarlıqlarını bildiriblər.

Məktubu imzalayanlar arasında Respublikaçılar Partiyasının sədri Erik Çiotti, Avropa Parlamentinin üzvü Fransua-Ksavye Bellami, Nits şəhərinin meri Kristian Estrosi, Fransadakı yunan və kürd təşkilatlarının nümayəndələri, həmçinin məşhur jurnalistlər, yazıçılar və tarixçilər də var.

Müşviq Tofiqoğlu
Globalinfo.az