Qərbdən Qarabağ erməniləri ilə bağlı yeni addım

Avropa Komissiyası Ermənistana 15 milyon avro ayıracaq.

Globalinfo.az xəbər verir ki, bu vəsaitin Ermənistanın sosial-iqtisadi dayanıqlılığının artırılması üçün ayrıldığı bildirilib.

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib ki, AB-nin verəcəyi pul ilk növbədə Qarabağdan gələn ermənilər üçün xərclənəcək.

Qeyd edək ki, Ermənistana maliyyə yardımı İrəvanın AB ilə əlaqələrini genişləndirməsi fonunda ayrılır. Maraqlıdır ki, bu vəsait həm də Ermənistanda iyunun 21-də AB-yə üzvlüklə bağlı parlamentdə keçiriləcək dinləmələr fonunda İrəvana verilir.

Əliyar Xəlil
Globalinfo.az