Fransanın “SEZAR” özüyeriyən artilleriya qurğuları yaxın vaxtlarda Ermənistan ordusunda görünməyəcək.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.
Ekspert bildirib ki, buna səbəb həmin sursatın kəskin silah çatışmazlığı ilə üzləşən Ukraynaya göndərilməsidir.
“Sezar” sistemləri Ermənistan ordusunda bir neçə ildən sonra peyda olacaqlar. Eyni zamanda, Qərbdə hərbi-sənaye kompleksinin yerləşdirilməsi tam sürətlə gedir, 155 mm-lik mərmilərin kütləvi istehsalı qurulur. Ona görə də bu sistemlər tezliklə çox olacaq və onları endirimli qiymətlərlə almaq mümkünləşəcək. Lakin İrəvanın bu niyyəti Rusiyada əlavə narazılıq yaradacaq. Çünki rəsmi Moskva Ermənistanın Rusiyadan uzaqlaşdığını və Qərbə üz tutduğunu düşünəcək.”, – Felgenhauer vurğulayıb.
Xatırladaq ki, İrəvan və Paris Fransanın “SEZAR” özüyeriyən artilleriya sistemlərinin tədarükünə dair müqavilə imzalayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az