Baqrat Azərbaycanla sərhədə gələcək

“Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan Azərbaycanla sərhəd olan  Kirants kəndinə gedəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni keşiş özü məlumat verib.

Bildirilir ki, Qalstanyan hərəkatın digər nümayəndələri ilə birlikdə iyunun 21-də Kirantsa gedəcək.

O, Kirants və qonşu kəndlərin sakinləri ilə görüşəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az