ABŞ-ın Zəngəzur dəhlizi planı: Ağacanyan açıqladı

“ABŞ prezidentinin hazırkı administrasiyası biznes məntiqi ilə hərəkət edir. Ona görə də, Birləşmiş Ştatlar Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsini sürətləndirir”.

Globalinfo.az xəbər verir ki, bunu  fövqəladə və səlahiyyətli səfir, “Ana Ermənistan” hərəkatının təşəbbüs qrupunun üzvü Dzyunik Ağacanyan deyib.

O bildirib ki, növbəti yüksək səviyyəli Ermənistan-Azərbaycan danışıqlarını razılaşdırmaq üçün amerikalı vasitəçilərə bir sıra tələblər irəli sürülü. Bu tələblər Ermənistanın hazırkı liderini qane edir.

“Amerika tərəfi marionet Avropa liderlərinin sayının sürətlə azaldığını və bunun da öz hegemon maraqlarının təmin edilməsini və bütün dünya ictimaiyyətinin təmsil etdiyi proqramların həyata keçirilməsini xeyli çətinləşdirəcəyini yaxşı başa düşür. Ona görə də, Qərb şirkətlərinin də yer alacağı Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsini sürətləndirir. Gömrük sahəsində ABŞ-la son sazişin imzalanması da buna hesablanıb”, – deyə Ağacanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az