22 pic 32ratio 900x600 900x600 80902

İsrailin endirdiyi zərbələr nəticəsində Hizbullahın komandirlərindən biri məhv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində Abbas (Fadel) İbrahim Həmzə Əhməd öldürülüb.

İsrail ordusu hücumu təsdiqləyən bəyanat yayıb. Bəyanatda həmçinin qeyd olunub ki, sözügedən Hizbullah üzvü Cuaya bölgəsində qruplaşmanın quru qüvvələrinə komandanlıq edib, eləcə də İsrailə qarşı hücumların həyata keçirilməsinə yardım göstərib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: