Tarasov 1

Moskva və Bakı İrəvanı Qərblə dialoq məsələsində “ağıllandırmağa” çalışdığı halda Ankara cəhd edir ki, bu dialoqu dəstəkləsin.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Həddən artıq vacibdir ki, Ərdoğan Paşinyanı 16 iyulda Erməni Apostol Kilsəsinin bayramını ziyarət etməyə dəvət edib. Ərdoğanın Paşinyanı bayram münasibəti ilə təbrik etməsi aydındır, amma Paşinyanı Türkiyəyə dəvət etmək artıq çox maraqlı nüansdır”, – o bildirib.

Bununla belə politoloq Ərdoğanın dəvətinin təsadüfi olmadığını deyib:

“Əsas sual odur ki, Ərdoğan Paşinyanı harada qəbul edəcək? Ankarada, İstanbulda yoxsa Şərqi Anadoluda? Məncə görüş Şərqi Anadoluda – ermənilərin tarixən yaşadıqları ərazidə baş tutsa, bu o demək olacaq ki, Ermənistan özünün tarixi yaddaşından imtina edir və onları əsassız xatirə hesab edir. Bu həmçinin o deməkdir ki, Ermənistan Türkiyənin himayəsinə keçəcək və özünü Rusiya ilə müttəfiqlik münasibətlərindən məhrum edəcək. Burada artıq ikinci intriqa yaranacaq, çünki top təkcə Ankara-Moskva xəttində yox, həm də Ankara-Moskva-Bakı xəttində peyda olacaq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: