Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz xəttinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Nərimanov rayonunun Ziya Bünyadov küçəsində yeni çəkilmiş yeraltı qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi, Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində orta təzyiqli qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar 21.06.2024-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Globalinfo.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Təmir işləri görülən müddətdə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin, Nərimanov rayonunun Ziya Bünyadov, Y.V.Çəmənzəminli, Ağa Nemətulla, Ə.Rəcəbli küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
***
Sabah İmişli rayonunda 150 abonentin qaz təchizatı dayandırılacaq.
Globalinfo.az xəbər verir ki, “Payız-qış” tədbirlər planında nəzərdə tutulmuş M.Müşfiq küçəsində siyirtmələrin quraşdırılması ilə əlaqədar olaraq, sabah saat 09:30-dan etibarən işlər başa çatanadək İmişli rayonu M.Müşfiq küçəsində (150 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.