8c68185c e7b3bc16ec31a6d3522b53bb4a1922df

Rusiya Ukraynanı ilk dəfə 3 tonluq FAB-3000 M-54 idarə olunan bomba ilə vurub.

Globalinfo.az xəbər verir ki, UMPK (idarə olunan planlaşdırma və düzəliş modulu) cihazı olan modifikasiya edilmiş hava bombası Xarkov vilayətində Liptsi kəndinə atılıb.

Döyüş başlığı 1,2 ton olan 3 tonluq ağır bomba binadan 15 metr aralıya düşsə də, yenə də ona ciddi ziyan vurub.

e56260c2 bea5b8ffe19fbfe16305c974e001d4bc

Bəşəriyyət tarixində UMPK ilə bu çaplı bombanın savaşda istifadəsi ilkdir. Onun tərkibində 1 tondan çox partlayıcı var.

FAB-3000-in potensial dağıtma radiusu 46 m, qəlpələrin səpilmə radiusu 260 m-dir.

Paylaş: