WhatsApp Image 2024 06 03 at 15.39.56

Rusiya Prezidenti Vladimir Putin özünün koalisiyasını yaratmağa cəhd edir ki, NATO-ya qarşı alternativ alyans formalaşdıra bilsin.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə ABŞ Müharibə Tədqiqatları İnstitutu çıxış edib.

Təşkilat Putinin bu alyansın içinə SSRİ-nin isti əlaqələri olduğu ölkələri daxil etmək istədiyini bildirib. Buna əsas sübut kimi Putinin Vyetnam və Şimali Koreya səfərlərindən öncə təxminən bir-birinə bənzər məqalələr yayımlaması göstərilib.

Təşkilat həmçinin qeyd edib ki, Putin Avrasiyanın təhlükəsizlik strukturu barədə informativ əsası Çinə mayda etdiyi səfər zamanı qoyub. Həmin səfəri və ondan sonrakı çıxışında Putin bildirib ki, avroatlantika təhlükəsizlik sistemi dağılır və Qərb təhlükəsizlik, eləcə də Avropanın çiçəklənməsi sxemləri artıq işləmir:

“Ekspertlər düşünürlər ki, Rusiya rəhbəri ölkələrin koalisiyasını yaratmağı hədəfləyir və bunu NATO-ya alternativ kimi təqdim edə bilər. O həmçinin göstərmək istəyir ki, Qərb ölkələri Ukraynanın yeganə tərəfdarlarıdırlar, yerdə qalan ölkələr Rusiyanı dəstəkləyirlər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: