Məşhur aktyor vəfat etdi

“Aclıq oyunları”, “Qürur və qərəz” filmlərindəki rolları ilə tanınan  kanadalı aktyor Donald Sazerlend uzun sürən xəstəlikdən sonra 88 yaşında Mayamidə vəfat edib.

Globalinfo.az xəbər verir ki, aktyorun ölümünə dair məlumatı iyunun 20-də oğlu Kifer Sazerlend sosial şəbəkə hesablarında paylaşıb.

“Atam Donald Sazerlendin vəfat etdiyinə dair məlumatı ürək ağrısı ilə sizinlə bölüşürəm. Şəxsən mən onu kino tarixinin ən önəmli aktyorlarından biri hesab edirəm”, – Kifer Sazerlend qeyd edib.

Kanadanın Baş naziri Castin Trüdo aktyorun ölümü ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, 50 ildən çox davam edən kino karyerası ərzində Donald Sazerlend 140 film və serialda çəkilib. O, Emmi (1995) və Qızıl Qlobus (1996; 2003) mükafatlarının və fəxri Oskar laureatıdır.