1000032014 1

Ermənistanda hakimiyyət daxilində parçalanma başlayıb. Artıq iqtidardakı sorosçular arasında fikir ayrılığı yaranıb. Ziddiyyət İsveçrədə keçirilən Sülh Sammitindən sonra ortaya çıxıb. Bölünməyə əsas səbəblərdən biri kimi bu qanadın təmsilçisi sayılan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sammitdə çıxışdan imtina etməsi göstərilir.

Maraqlıdır, bu hadisələrin fonunda, keşiş Baqrat Qalstanyanın etiraz aksiyaları keçirdiyi bir vaxtda iqtidar daxilində fikir ayrılığının yaranması Paşinyana, komandasına və Ermənistana nə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Ermənistan daxilində bir çox məqamlarda ciddi fikir ayrılıqları var:

“Bu gün Paşinyanın komandasında güvəniləcək adam qalmayıb. Baş nazir daimi, uzunmüddətli kadrlar tapmaqda çətinlik çəkir. Sözügedən məqam da Ermənistanda hakim komanda daxilindəki fikir ayrılığından və siyasi münasibətlər sisteminin kövrəkliyindən xəbər verir. Təhlükəsizlik, polis və hərbi sistemdə hakimiyyətə bağlı olan qüvvələrin sayı azdır. Bu da öz növbəsində ölkədəki böhranı daha da dərinləşdirir”.

Politoloqun sözlərinə görə, hakim komandada yaranan fikir ayrılıqları Ermənistan daxilində revanşist qüvvələrin Nikol Paşinyanı təhdid etmək elementlərini daha da gücləndirir:

“Ermənistan Rusiyadan qorxduğu üçün Sülh Sammitində açıq iştirak etməkdən çəkinir. Armen Qriqoryanın da çıxışdan imtinası bundan xəbər verir. Hazırkı sorosçu Ermənistan iqtidarı həm Qərbə açıq olduğunu nümayiş etdirir, həm də Rusiya ilə siyasi mübadilə etməyə çalışır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: