ABŞ-dan Bakıya vacib zəng: Blinken Əliyevə etiraf edib ki…

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller məlumat verib.

Bildirilib ki, Blinken Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasının vacibliyindən danışıb.

“Dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinə doğru irəlilədiyini etiraf edib və gecikmədən sazişin bağlanmasının vacibliyini vurğulayıb. O, Birləşmiş Ştatların tərəflər üçün faydalı olan istənilən əlaqəni davam etdirməyə sadiq qaldığını xatırladıb. ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayan dövlət katibi ortaq iqlim və enerji məqsədlərinə nail olmaq üçün rəsmi Bakı ilə konstruktiv əməkdaşlığın vacibliyini vurğulayıb. O, ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin yenilənməsinin və daha da möhkəmlənməsinin vacibliyini diqqətə çatdırıb. Blinken həmçinin qeyd edib ki, ABŞ COP29 konfransının uğurla keçirilməsi üçün təşkilati dəstək verməyə hazırdır”, – Metyu Millerin açıqlamasında deyilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az