Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Prezident Ərdoğan Ermənistanın şimal bölgələrində baş verən daşqınlarla bağlı Paşinyana başsağlığı verib.
Liderlər heç bir ilkin şərt olmadan Ermənistan və Türkiyə arasındakı münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradə olduğunu vurğulayıblar.
Bu kontekstdə iki ölkənin xüsusi nümayəndələri arasında görüşlərin davam etdirilməsinin vacibliyini qeyd edərək, indiyədək əldə olunan razılaşmaları təsdiqləyiblər.
Tərəflər həmçinin Ermənistan və Türkiyənin yüksək vəzifəli rəsmiləri arasında davam edən dialoqdan məmnunluqlarını dilə gətiriblər.
Ərdoğan və Paşinyan regionda baş verən son hadisələri və beynəlxalq gündəmi də müzakirə ediblər.
Müşviq Tofiqoğlu
Globalinfo.az