“Ukrayna ilə bağlı danışıqlar sabah da baş tuta bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, sülh danışıqlarına başlamaq üçün Rusiya mövcud vəziyyətdən çıxış edəcək.
“Bizim tərəfimizdən bu təkliflər var. Artıq danışıqlarda maraqlı olan bütün subyektlərin prosesə nə vaxt başlayacağı bizdən asılı deyil. Bu, sabah da baş verə bilər. Hər şey real həyatda baş verənlərdən asılı olacaq”, – Putin bildirib.
Putin həmçinin qeyd edib ki, Rusiya İstanbul və Minsk əsasında Ukrayna tərəfi ilə dialoqu davam etdirməyə hazırdır.
“Bir daha deyirəm ki, İstanbulda və Minskdə aparılan çətin danışıqlar zamanı əldə olunan razılaşmalara əsasən, biz Ukrayna tərəfi ilə dialoqumuzu davam etdirməyə hazırıq. İstanbulda Ukrayna ilə bağlı əldə olunan razılaşmalar prinsipcə Kiyev üçün məqbuldur”, – deyə Putin bildirib.
Kreml rəhbəri həmçinin əlavə edib ki, Rusiya nüvə doktrinasında mümkün dəyişikliklər etmək barədə düşünür.
“Rusiya təhlükəsizlik sahəsində qlobal dəyişikliklərə diqqət yetirir. Biz indi Nüvə Doktrinasında nələrin dəyişdirilə biləcəyini düşünürük. Qərb ölkələri hazırda ultra aşağı güclü partlayıcı nüvə qurğuları hazırlayır. Doktrinanın dəyişdirilməsinin mümkünlüyü ilə bağlı bəyanatlar bununla bağlıdır”, – deyə Putin vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az