Papa orada dəfn olunmağını istəyir

Roma Papası Fransisk dünyasını dəyişdikdən sonra Romadakı “Santa Maria Maggiore” bazilikasında dəfn olunmasını istəyir.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə gündən sonra 86 yaşı tamam olacaq pontifik bu barədə Meksikanın N+ telekanalına müsahibəsində deyib.

“Yer artıq hazırlanıb, mən “Santa Maria Maggiore” bazilikasında dəfn olunmaq istəyirəm. Artıq dəfn mərasiminin təşkilatçıları ilə görüşmüşəm”, – deyə Fransisk bildirib.

Bir müddət öncə, pontifik tənəffüs yollarının iltihabı ilə müşayiət olunan qripə görə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Dubay şəhərində keçirilən Tərəflər Konfransında iştirak edə bilməyib. Lakin o, hazırda özünü daha yaxşı hiss etdiyini və kifayət qədər sağlam olduğunu vurğulayıb.