Onları Rusiyadan çıxarın, əks halda… – Qrozevdən çağırış

“Bütün reportyorlarınızı Rusiyadan çıxarın”.

Globalinfo.az xəbər verir ki, bu çağırışı bütün Qərb mediasına bolqarıstanlı araşdırmaçı jurnalist Xristo Qrozev edib.

O bildirib ki, Kreml bu jurnalistləri istənilən an ələ keçirib, əsir mübadiləsində istifadə edə bilər.

Qeyd edək ki, bundan öncə Rusiya ilə Qərb arasında geniş mübadilə yaşanıb. Nəticədə Qərbin Rusiyada saxlanan bütün əməkdaşları, o cümlədən bir sıra rusiyalı ictimai xadimlər Moskva tərəfindən təhvil verilib, əvəzində Rusiya casusu kimi tanınan şəxsləri geri alıb.

Əliyar Xəlil
Globalinfo.az