Lukaşenko Paşinyana təhqirlə cavab verdi: “Sən “qnida”san”

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan Baş naziri Nikol Paşinyanın ittihamlarına cavab verib.

Globalinfo.az xəbər verir ki, jurnalistlərin “Paşinyandan üzr istəmək fikrindəsinizmi?” sualının qarşılığında Lukaşenko Ermənistan liderini təhqir edib.

O, Paşinyanla bağlı bəzi məqamları üzə çıxarıb:

“Qulaq asın, bu axı gülməlidir. O deyir ki, qoy, Lukaşenko üzr istəsin. Yaxşı, mən indi, bu dəqiqə, hər kəsin qarşısında hazıram. Üzr istəyirəm, əzizim, amma sən “qnida”san (rus dilində “iyrənc insan” mənasında işlənir – red.) Daha bir şey… Bizdə artıq yaşıl köynəkdə, daha bir şey tələb edən (Lukaşenko kimi nəzərdə tutduğunu açıqlamayıb, amma Zelenski olduğu təxmin edilir – red.) belə bir “qnida” peyda olub. Onunla artıq hər şey aydındır. Lakin bu Paşinyan bir zamanlar mənə gecə zəng vurub xahiş edirdi ki, onu Putinlə barışdırım. Mən həmin vaxt ona kömək etdim. Vladimir Vladimiroviç (Putin) mənə demişdi ki, Aleksandr Qriqoryeviç, bir bilsəniz bu Paşinyan necə bezdirib. O bir az başqa cür demişdi, sadəcə, indi sizə yumşaq formada deyirəm. O zaman xahiş etdim, onlar Moskvada görüşdülər. İndi mənə belə “təşəkkür edir”.

Qeyd edək ki, Paşinyan bundan öncə Belarusu İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana silah satmaqda ittiham edib. O, Lukaşenko prezident olduğu dönəmdə Belarusa səfər etməyəcəyini və bu fikrini yalnız Lukaşenko üzr istəyəcəyi halda dəyişəcəyini deyib.

Tahir Turan
Globalinfo.az