Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN rəhbəri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Əraqçi bir araya gəliblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Telegram” kanallarında məlumat yayılıb.
Söhbətə sonradan qoşulan Lavrov Əraqçiyə zarafatla müraciət edib:
“Bəs sən MDB toplantısında nə gəzirsən?”
Əraqçi isə barmağı ilə yaxasındakı İranın dövlət gerbini göstərərək cavab verib.
Həmin görüntüləri təqdim edirik:
Safura Bənnayeva
Globalinfo.az