Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kalas yaxın vaxtlarda Ermənistana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Aİ rəsmisi X hesabındakı paylaşımında bildirib.
“Romada Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla İrəvana gözlənilən səfərimi müzakirə etdim. Həmçinin Avropa İttifaqının əlaqələrin dərinləşdirilməsinə sadiqliyini bir daha təsdiqlədim. Biz Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və regionda sülhün bərqərar olması ilə bağlı fikir mübadiləsi apardıq”, – Kallas əlavə edib.
Qeyd edək ki, Aİ rəsmisi aprelin 26-da Azərbaycana səfər edib. O, Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Ayşən Mustafa
Globalinfo.az