İranda məktəblər bağlandı, dövlət müəssisələrində iş dayandı

iran1 2 1

Tehranda orta məktəblərdə dərslər dayandırılıb, dövlət qurumlarında işə ara verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Tehranla yanaşı Qəzvin, Qum, Xorasan, Mazandaran, Həmədan, Zəncan, Ərdəbil, Kirman, İsfahan kimi şəhərlərdə də orta məktəblərdə dərslər dayandırılıb və dövlət müəssisələrində çalışan işçilərə istirahət verilib.

Qeyd olunub ki, məktəblərin və dövlət qurumlarının bağlanmasında məqsəd enerjiyə qənaət etməkdir.

Bundan başqa, artmaqda davam edən hava çirkliliyi və şaxta da bu qərarın verilməsində önəmli rol oynayıb. Belə ki, şaxtalı hava səbəbindən enerji istifadəsi artıb və bunun qismən qarşısını almaq üçün məktəb və dövlət müəssisələrində birgünlük fasilənin verilməsi qərara alınıb.

Qeyd edək ki, Tehranın bəzi yerlərində axşam saatlarında elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Aysel Əliyeva
Globalinfo.az