İran terror törətdi, İsrail darmadağın etdi – Dünya qiyamət müharibəsinin astanasında

Qüds şəhərinin İsrailin nəzarətində olan hissəsindəki sinaqoqa silahlı hücuma cavab olaraq İranda bir sıra strateji hərbi məntəqələrə zərbələr endirildi.

Bu proseslərdən sonra iki ölkə arasında gərginliyin pik həddə çatması bir sualı aktuallaşdırır: İran-İsrail müharibəsi başlayırmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrailin İranın hərbi obyektlərinə dronlarla zərbə endirməsinə Tehran hələlik cavab verməyib:

“Tehranın səssiz qalması hərbi eskalasiyadan çəkinməsindən irəli gəlir. Hazırda İran rəhbərliyi İsraillə açıq qarşıdurmadan çəkinir və proseslərin rejimin devrilməsi ilə nəticələnəcəyindən narahatdır. Çünki ölkə daxilində hiperinflyasiya, iqtisadi sanksiyalar xalqın rejimdən narazılığını artırıb.

Digər tərəfdən, İranın birbaşa İsrailə cavab zərbəsi endirməsi həm də ABŞ-ın müharibəyə qoşulması ilə nəticələnə bilər. Bu isə öz növbəsində  Tehrana qarşı hərbi koalisiyanın formalaşması deməkdir”.

Məhəmməd Əsədullazadə

Politoloq hesab edir ki, Tehran rejiminin iki yolu var:

“Birincisi, nüvə danışıqlarına qatılıb, Vaşinqtonun şərtləri ilə saziş imzalayır, Rusiyaya hərbi dəstəyi dayandırır.

İkincisi, nüvə danışıqlarına qoşularaq Qərblə münasibətləri normallaşdırır. Rejim daxilində bu məsələdə ciddi fikir ayrılıqları var. Mühafizəkarlar hazırkı xəttin davam etdirilməsində, müharibə və gərginliyə üstünlük verilməsində maraqlıdırlar. Digər kəsim isə ABŞ-la danışıqlar da maraqlıdır. SEPAH proseslərə nəzarət edərək, gərginlik xəttini üstün tutub. Bu xətt davam edəcəksə, İrana qarşı hərbi əməliyyatlar da davam edəcək. Nəticədə oradakı rejim zəifləyəcək”.

Politoloq qeyd edib ki, İran Azərbaycana təzyiqlərini davam etdirsə, Tehrana qarşı Ankara-Bakı-Təl-Əviv koalisiyası yarana bilər.

Turan Rzayev
Globalinfo.az