Zəngəzurda niyə sərhəd dirəkləri quraşdırılmır? – Açıqlama

Qazaxın 4 kəndinin hərbi müdaxilə olmadan Azərbaycana geri verilməsi, tərəflər arasında delimitasiya və demarkasiya prosesinin başlamasından sonra prosesin bütün sərhəd boyu davam edib-etməyəcəyi sual doğurur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi müsbət dəyərləndirilir:

“Bu həm Azərbaycanın işğal altında olan kəndlərinin geri qaytarılması baxımından əhəmiyyətlidir, həm də sərhəd təhlükəsizliyini təmin etmək üçün mühüm rol oynayır.

Delimitasiya prosesinin fasiləsiz həyata keçirilməsi yaxşı olardı, çünki ərazilərin miqyası kifayət qədər böyükdür. Digər tərəfdən bəzi ərazilər mürəkkəb relyefə malikdir. Bu mürəkkəb relyefin ölkələrin inzibati sərhədlərinə dair heç bir sənəd mövcud deyil. Ümumiyyətlə, proses çox vaxt tələb edir”.

Ə.Verdiyev qeyd edib ki, sərhəd dirəklərinin quraşdırılması artıq bu istiqamətdə razılığa gəlinməsinin bariz sübutudur.

Safura Bənnayeva

Globalinfo.az