İcra hakimiyyətinin maşını qəzaya düşdü – FOTO

Mingəçevir şəhər İcra Hakimiyyətinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində baş verib.

İcra Hakimiyyətinin sektor müdiri Fərid Məmmədovun idarə etdiyi “Nissan” markalı maşın BMV ilə toqquşub.

Qəza zamanı ciddi xəsarət alan olmayıb.