Hörmüzqan üzərində gərgin anlar: İsrailin pilotsuzları vuruldu – VİDEO

1510926310 04

İranın Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri Hörmüzqan vilayətinin Bəndər-Abbas və Bəndər-Lenge şəhərləri üzərində uçan İsrailə məxsus pilotsuz uçuş aparatlarını aşkarlayaraq zərərsizləşdirib.

Globalinfo.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Hazırda hadisə ilə bağlı ölən və ya yaralananlar barədə məlumat verilməyib. Həmçinin infrastrukturun zərər görməsi ilə bağlı da açıqlama yoxdur.

İran rəsmiləri ölkənin hava məkanının qorunması üçün maksimum hazırlıq rejimində olduqlarını bildiriblər.

Bundan əlavə, sosial mediada Tehranın şimalında partlayış səslərinin eşidilməsi barə məlumatlar paylaşılır.

Aysel Əliyeva
Globalinfo.az