riyadda bir ilk iran cumhurbaskani reisi misir cumhurbaskani sisi ile gorustu gzwq


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İran prezidenti İbrahim Rəisi ilə Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu İran və Misir Prezidentləri arasında 11 ildən sonra keçirilən ilk üzbəüz görüş olub.

Rəisi görüşdə Qəzzəyə yardımların çatdırılması üçün Rəfah Sərhəd Qapısının açıq saxlanmasının vacibliyini vurğulayıb. O, Misiri qardaş ölkə adlandıraraq əlaqələri genişləndirmək üçün heç bir maneə görmədiyini bildirib.

Misir Prezidenti isə, – “Ölkənin mütləq siyasi iradəsi İranla real əlaqələr qurmaqdır. Bu məsələ ilə bağlı iki nazirlərə tapşırıq verdik”, – deyə qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: