***15:41
“Şimali Koreya Çin istiqamətində 10-dan çox ballistik raket atıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” Cənubi Koreya hərbi mənbələrinə istinadən məlumat yayıb.
İddia edilib ki, hadisə iyunun 19-da səhər saatlarında baş verib.
“Şimali Koreya ordusu Pxenyan yaxınlığında yerləşən Sunan bölgəsindən 10-dan çox raket buraxıb. Hədəf Çin idi”, – Cənubi Koreya mənbələri bildirib.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreya lideri Kim Çen İn ordunu müharibəyə hazır olmağa çağırıb.
Təxminən bir ay əvvəl də Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket atmışdı.
Əliyar Xəlil
Globalinfo.az