Çin lideri ABŞ-a gəldi: müharibənin taleyi həll edilir?

ABŞ və Çin iki ölkə liderlərinin görüşünə dair razılığa gəlib

Çin Prezidenti Si Szinpin son 6 ildə ilk dəfə ABŞ-a səfər edib.

Globalinfo.az xəbər verir ki, onun San-Fransiskoda ABŞ Prezidenti Co Baydenlə görüşü nəzərdə tutulub.

Görüş zamanı ABŞ-Çin münasibətlərinin normallaşması istiqamətində müzakirələrin baş tutması gözlənilir.

İddia edilir ki, Çin Ukrayna müharibəsinin başa çatmasında rol oynaya bilər.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji koordinatoru Con Kirbi də mövzuya münasibət bildirib.

“Görüş hələ baş tutmayıb, lakin düşünürəm, ölkə liderləri Ukraynada baş verənlər barədə mütləq danışacaqlar”, – o qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az