Brüsseldə kuryoz hadisə: Leyen çətinlik çəkdi – VİDEO

Xəbər verdiyimiz kimi Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen və ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Görüşdən sonra tərəflər jurnalistlərin suallarını cavablandırmaq üçün tribunaya çıxıblar. Ancaq bu zaman kuryoz hadisə yaşanıb.

Globalinfo.az xəbər verir ki, görüş iştirakçıları təmsil etdikləri ölkələrin bayraqlarının qarşısında düzgün formada dayana bilməyiblər.

Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen isə görüş iştirakçılarını bayraqların qarşısında uyğun şəkildə dayanmaları üçün yerlərini dəyişməyə məcbur edib.

Bundan sonra isə Avropa Komissiyasının rəhbəri şəxsən brifinq zamanı həmsöhbətlərini mikrofon qarşısında yerbəyer etməyə çalışıb.

Kadrlardan göründüyü kimi bu vəziyyətdən ən çox “əziyyət çəkən” Ursula Von der Leyen olub.

Əliyar Xəlil
Globalinfo.az