“NATO ölkələrinin təhlükəsizliyini təkcə Rusiya deyil, digər qüvvələr də təhdid edir. Hazırda Avropa sülh şəraitində yaşamır”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.
“Hamıya məlumdur ki, Rusiya hamımız üçün daha böyük təhlükəyə çevrilib. Bu gün təhlükəsizliyimizi təkcə Moskva təhdid etmir. Biz müharibə vəziyyətində deyilik, lakin şübhəsiz ki, artıq sülh şəraitində də yaşamırıq», — deyə o qeyd edib.
Vadeful həmçinin bildirib ki, hazırda NATO üçün əsas məsələ alyansın hərbi əməliyyatlara hazırlığı, kifayət qədər döyüş sursatına malik olub-olmaması, üzv ölkələrin zərurət yarandığı təqdirdə qoşunları sürətlə köçürə və koordinasiyalı şəkildə hərəkət edə bilməsidir.
Əliyar Xəlil
Globalinfo.az