
Türkiyə ərazisində yerləşən Ağrı dağında aşkar edilmiş taxta parçalarının yaşının müəyyənləşdirilməsi məqsədilə aparılan elmi tədqiqatların nəticələri diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, ABŞ-da aparılan radiokarbon (karbon-14) analizləri zamanı nümunələrin eramızdan əvvəl 2200–2400-cü illərə aid olduğu müəyyən edilib.
Tədqiqatçılar tərəfindən açıqlanan tarix aralığının Nuh Tufanı ilə əlaqələndirilən bəzi tarixi xronologiyalarla üst-üstə düşdüyü bildirilir.
Araşdırmanın nəticələri Ağrı dağı ətrafında uzun müddətdir davam edən arxeoloji və tarixi müzakirələri yenidən aktuallaşdırıb.
Tədqiqat qrupunun sədr müavini Endryu Cons bildirib ki, tarix daşqın üçün irəli sürülən bəzi dövrlərlə üst-üstə düşsə də, bu, tapıntının Nuhun gəmisinin qalıqları olduğunu hələ sübut etmir.

Safura Bənnayeva
Globalinfo.az