Estoniyada sakinlər Rusiyaya sərhədin keçilməsi ilə bağlı məhdudiyyətlərə ailəvi və humanitar istisnaların tətbiqini tələb edirlər.
Globalinfo.az xəbər verir ki, bununla bağlı parlamentə və hökumətə petisiya ünvanlanıb.
Müraciəti indiyədək 1900 nəfər imzalayıb.
Təşəbbüs müəllifləri xüsusilə Rusiyada yaxınları yaşayan insanların sərhədi keçə bilməsi, yaşlı və xəstə qohumlarına baş çəkməsi üçün şərait yaradılmasını istəyirlər.
Onlar Narva, Koidula və Luhaamaa sərhəd-keçid məntəqələrinin müəyyən hallarda fəaliyyətinin davam etdirilməsini də təklif edirlər.
Qeyd edək ki, Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə bütün avtomobil sərhəd-keçid məntəqələrini altı ay müddətinə bağlamaq qərarı verib. Bu qərardan sonra sərhədi keçmək istəyən insanlar arasında növbələr yaranıb. Məhdudiyyətlər təhlükəsizlik səbəbilə tətbiq olunur.
Əliyar Xəlil
Globalinfo.az